FHN İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsini həyata keçirir
29
iyn
2024
20:00
İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.
BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.
Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
İsmayıllıda torpaq sürüşməsi olub, bir neçə fərdi yaşayış evi təhlükəli vəziyyətlə üzləşib - FOTO
İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi olub. BAKU.WS report-a istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində bir neçə fərdi yaşayış evi təhlükə...