SİZİN REKLAM BURADA!
055 213 76 73


Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyən olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar Bakı şəhər sakini, İsmayılzadə Anar Bağış oğlu (1977), Biləsuvar rayonu sakinləri Ağayeva Xatirə Orucəli qızı (1984), Zeynalova Sürmiyə Rafinə qızı (1978), Hüseynova Səyyarə Rahib qızı (1992), Salmanova Mehriban Abdulla qızı (1968), Əliyeva Şəhla Ağasən qızı (1974), Məmmədova Cəmalə Gülağa qızı (1982), Mayılova Safura Zülfüqar qızı (1973), Bayramova Zəhra Elçin qızı (2009), Məmmədova Aygün Gülağa qızı (1984), Quliyev Arif Nadir oğlu (1960), Mustafayeva Aygün Rafiq qızıdır (1991).

Faktla bağlı araşdırmalar davam etdirilir.

***16:25

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO