SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda kişi avtobusdan yıxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Sumqayıt24.az” məlumat paylaşıb.

Məlumata görə, hadisə bu gün səhər Novxanı qəsəbəsi istiqamətində baş verib.

Şahidlərin sözlərinə görə, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb.

Bildirilib ki, salonda sıxlıq olduğu üçün sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

Sərnişin başından zədə alıb.

BAKU.WS
VİDEO

QALEREYA