Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO/VİDEO

Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO/VİDEO
Foto Video
Hadisə 184

Abşeronda kişi avtobusdan yıxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Sumqayıt24.az” məlumat paylaşıb.

Məlumata görə, hadisə bu gün səhər Novxanı qəsəbəsi istiqamətində baş verib.

Şahidlərin sözlərinə görə, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb.

Bildirilib ki, salonda sıxlıq olduğu üçün sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

Sərnişin başından zədə alıb.

Son xəbərlər