SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov su bəndində qoyunları yuyarkən bəndə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb. Lakin az sonra hər iki şəxs suda görünməz olub. Yaxınlıqdakı şəxslər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarıblar. Lakin İbrahimin axtarışı nəticə verməyib. Onun meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

***15:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

"Report"un məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.

Boğulan şəxslərin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin şəxslər rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS