Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub
18
iyn
2024
18:37
Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.
Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb - YENİLƏNİB
Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, iyulun 11-də günorta saatlarında Araz çayının...