Kürdəmirdə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Kürdəmirdə ağır yol qəzasında ölənlərin və xəsarət alanın kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunlar rayonun Cəyli kənd sakinləri Xanalıyev Ceyhun Ağanəzər oğlu, Xanalıyev Toğrul Hikmət oğlu və Əhmədov Süleyman Qarakişi oğlu dünyasını dəyişib.
Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***18:09
Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.
Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var - FOTO
Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb. Belə...