"BMW" "Niva"ya çırpıldı: Yaralılar dərhal xəstəxanaya çatdırıldılar
16
iyn
2024
14:56
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Belə ki, "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Niva" aşıb.
Hadisə nəticəsində iki nəfər rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...