SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-dən  bildirilib ki, Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.2024-cü il tarixində saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.

***09:43

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb.

Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

BAKU.WS