Pirsaat çayından sel keçib, Hacıqabulda fəsadlar törədib - FOTO
15
iyn
2024
12:40
Hacıqabul rayonu ərazisində Pirsaat çayından sel keçib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şamaxı rayonunda yağan leysan xarakterli güclü yağışlar nəticəsində rayon ərazisindən keçən Pirsaat çayının gecə saatlarında daşmasına səbəb olub.
Yerli sakinlərin dediklərinə görə, nəticədə el arasında “Yeddi para” adlanan Udulu kəndi ərazisində çay qırağı nar bağları su altında qalıb. Bəzi ərazidə kəndarası yolları su basıb. Elektrik şiti və dirəkləri su içində qalıb.
Hazırda Pirsaat çayında suyun səviyyəsi aşağı düşdüyündən təhlükə sovuşub.
Qalereya
Oxşar xəbərlər
Goranboyda sel fəlakəti: Yollara, əkin sahələrinə ziyan dəyib, 37 yaşayış məntəqəsi işıqsız qalıb - FOTO
Ötən gecə Goranboya yağan leysan yağışlar ciddi fəsadlar törədib. BAKU.WS Report-a istinadən xəbər verir ki, leysan yağışlar nəticəsində rayon ərazisindən keçən...