Pirsaat çayından sel keçib, Hacıqabulda fəsadlar törədib - FOTO

Pirsaat çayından sel keçib, Hacıqabulda fəsadlar törədib - FOTO
Foto
Hadisə 62

Hacıqabul rayonu ərazisində Pirsaat çayından sel keçib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Şamaxı rayonunda yağan leysan xarakterli güclü yağışlar nəticəsində rayon ərazisindən keçən Pirsaat çayının gecə saatlarında daşmasına səbəb olub.

Yerli sakinlərin dediklərinə görə, nəticədə el arasında “Yeddi para” adlanan Udulu kəndi ərazisində çay qırağı nar bağları su altında qalıb. Bəzi ərazidə kəndarası yolları su basıb. Elektrik şiti və dirəkləri su içində qalıb.

Hazırda Pirsaat çayında suyun səviyyəsi aşağı düşdüyündən təhlükə sovuşub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər