Göygöl rayonunda 2 avtomobil toqquşub, xəsarət alanlar var

15
iyn
2024
08:59
Göygöl rayonunun Topalhəsənli kəndində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, “Opel” və digər markalı avtomobillərin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü V.Abışov və 1997-ci il təvəllüdlü N.Hümbətov xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...