Atanın sərxoş halda sükan arxasına oturması qızının ölümü ilə nəticələndi
12
iyn
2024
08:44
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Hacıqabul sakini, Qismət Xıdırov avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürücünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb.
Avtomobildə olan üç nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//APA
Oxşar xəbərlər
Hacıqabulda baş verən ağır qəzada ölənlərin adları AÇIQLANDI - YENİLƏNİB + FOTO
Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin adı bəlli olub. BAKU.WS APA-ya istinadən xəbər v...