Göyçayda “VAZ 2107” yük avtomobili ilə toqquşub, sürücü ölüb - FOTO
11
iyn
2024
07:59
Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.
Belə ki, Bığır kənd sakini, 2002-ci il təvəllüdlü Tahir Cəlilovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolun kənarında dayanan Qarbaqqal kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Şahverdiyə məxsus “ZİL” markalı su daşıyan avtomobillə toqquşub və daha sonra yolun kənarındakı su arxına düşüb.
Nəticədə nəqliyyat vasitəsinin sürücüsü Tahir Cəlilov hadisə yerində keçinib. Hazırda faktla bağlı araşdırma aparılır.//report
Qalereya
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...