Maşallah Əhmədovun həbsdən buraxılması ilə bağlı prezidenti İlham Əliyevə müraciət edilib

Maşallah Əhmədovun həbsdən buraxılması ilə bağlı prezidenti İlham Əliyevə müraciət edilib
Hadisə 1662

Keçmiş SSRİ-nin futbol veteranları Maşallah Əhmədovun həbsdən buraxılması ilə bağlı prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

BAKU.WS-nin Lent.az-a istinadən xəbərində bildirilir ki,  "Futbol+" qəzetindən verilən  məlumatına görə, müraciətdə Maşallah Əhmədovun 60 illik həyatında ilk dəfə səhv etdiyi, məhkəmənin işə yenidən baxmaqla cəzanı yüngülləşdirməsi xahiş edilir.

Məlumata görə, müraciəti tanınmış sovet futbolçuları Oleq Bloxin, Valeri Qazzayev, Yuri Syomin, Hacı Hacıyev, Oleq Romantsev, Tengiz Sulakvelidze, Otar Qabeliya, Aleksandr Çivadze, İqor Ponomaryov və başqları imzalayıb.

Xatırladaq ki, Maşallah Əhmədovu vətəndaşa külli miqdarda zərər vurduğu üçün 8 il azadlıqdan məhrum edilib.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib

Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "...

1601 Hadisə 13:43 30 yanvar 2017

Son xəbərlər