Metronun "20 Yanvar" stansiyasında xoşagəlməz mənzərə aradan qaldırılıb
Bakıda, metronun "20 Yanvar" stansiyasının keçidlərində yaranmış xoşagəlməz mənzərə aradan qaldırılıb.
BAKU.WS-in məlumatına görə, keçidlər zibildən tam təmizlənib.
Ərazidən yeni görüntüləri təqdim edirik:
***10:23
Bir neçə gün öncə yeraltı keçidlərindəki mağazalar bağlanan metronun "20 Yanvar" stansiyasının keçidi acınacaqlı durumdadır.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, metronun keçidləri irili-xırdalı zibillərlə çirkləndirilib.
Maraqlısı budur ki, keçiddə mağazalar fəaliyyət göstərən zaman bu qədər zibilli deyildi. İndi isə həm toz içində qalıb, həm də zibillənib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayon...