Bakıda xaos yaradan zolaq: Maşınlar yolun ortasında qaldı
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsində sürücülərin üzləşdiyi zolaq probleminə toxunulub.
Belə ki, sözügedən ərazidə yalnız bir zolağın nəzərdə tutulması səbəbindən sürücülər bir-birinin arxasında dayanır və Hüseyn Cavid prospektindən Parlament prospektinə keçmək istəyən sürücülərin yolunu kəsirlər.
Ərazidəki digər problem isə Parlament prospektindən Hüseyn Cavid prospekti istiqamətində hərəkət edən sürücülərlə bağlıdır.
Zolaq daraldığı üçün sol zolaqda hərəkət edən sürücülər bu zolağı tapdalamaq məcburiyyətində qalırlar.
Maraqlıdır, belə şəraitdə cavabdehliyi zolaqları çəkənlər, yoxsa sürücülər daşıyırlar?
Ətraflı süjetdə:
Oxşar xəbərlər
AQTİ-nin səyyar laboratoriyaları bayram günlərində Cəbrayıl və Füzulidə xidmət göstəriblər
Cəbrayıl və Füzuli rayonlarında təşkil olunan heyvan kəsimi çadırlarında AQTİ-nin səyyar laboratoriyaları operativ xidmət göstərib. Bu barədə BAKU.WS-ə Azərbayc...