Sabiq icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün hakim qarşısına çıxacaq
Şərur rayonunun keçmiş icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən məhkəməyə verilib.
BAKU.WS Unikal-a istinadən xəbər verir ki, Rəsulov Orxan Rəfail oğlunun məhkəmə prosesinə Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev sədrlik edəcək.
Qeyd edək ki, Orxan Rəsulov Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğludur.
Xatırladaq ki, Orxan Rəsulovun adı ilk dəfə mətbuatda dələduzluq maddəsi ilə həbs edilən Araz Eyvazovun məhkəmə prosesində hallanıb. Belə ki, Orxan Rəsulov o zaman Araz Eyvazova faizə pul vermiş, ancaq adıçəkilən şəxs pulu qaytarmadığından keçmiş icra başçısı Rəfail Rəsulov Xətai rayonunda yerləşən "Optimal" servisin qarşısında Araz Eyvazovu döyüb və pulu qaytarmayacağı təqdirdə onu əlindəki bıçaqla öldürəcəyi ilə də hədələmişdi.
Oxşar xəbərlər
General Nizami Məmmədovun məhkəməsi: “Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb” - FOTO
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidm...