Su kanalında boğulan hərbçi Elvin Eyvazovun nəşi təhvil verilib
27
may
2024
23:40
Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçimizin nəşi təhvil verilib.
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz rayonu Köhnə Xudat kənd sakini, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun nəşi sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun hərbçisi su kanalında boğulub
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib....