Sürücü "Prius"u qucağında uşaq idarə etdi - DYP hərəkətə keçdi - YENİLƏNİB/ANBAAN VİDEO

Sürücü Priusu qucağında uşaq idarə etdi - DYP hərəkətə keçdi - YENİLƏNİB/ANBAAN VİDEO
Video
Hadisə 769

"Sözügedən videoda açıq-aşkar görünür ki, nəqliyyat vasitəsinin, sükanın idarəsi sürücüdən başqa həm də uşağa həvalə olunub. Bu birmənalı olaraq kobud qayda pozuntusudur".

Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyevin BAKU.WS-ə verdiyi məlumata görə, yayılan görüntülərlə bağlı onu bildirib ki, sürücü özü ilə yanaşı uşağın da həyat və sağlamlığını düşünmür. Nəzərə almır ki, nəqliyyat vasitəsinin belə idarə olunması sonra arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Qeyd olunan videodakı sürücü tərəfimizdən araşdırılır. Onunla bağlı qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcək. Qayda pozuntusu inzibati məsuliyyət yaradır. Eləcə də həmin sürücü və azyaşlı ilə profilaktik söhbətlər aparılacaq.

***09.51

Ötən gün "Aeroport yolu"nda təhlükəli anlar yaşanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, sürücü "Toyota Prius" markalı avtomobili qucağındakı azyaşlı ilə birgə idarə edib.

Baş verənlər digər sürücüləri təşvişə salıb.

Hadisə anının görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər