Dünən Sumqayıtda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə 11-ci mikrorayonda qeydə alınıb. "VAZ” markalı, K022BA05 Rusiya nömrə nişinlı avtomobil sürətlə gedərkən yoldan çıxıb. Nəticədə avtomobil avtobus dayanacağına girib.
Qəza nəticəsində 2 nəfər ağır yaralanıb. Yaralılar dərhal xəxtəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS