Bakıda yeni doğulmuş körpəni paketə qoyaraq küçəyə atıblar.
 
BAKU.WS xəbər verir ki, yeni doğulmuş körpə sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. körpənin sağ olub-olmaması isə məlum deyil. Küçəyə atılan körpə yeni doğulmuş qız uşağıdır. Onu zibil qutusunun yaxınlığına tullayıblar. Video sosial şəbəkədə paylaşılıb. Video istifadəçilərin tənqid hədəfinə tuş gəlib.
 
Aynur Ələkbərova
BAKU.WS