SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.

“Report”un Aran bürosunun məlumatına görə, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib.

Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS