Naxçıvan gömrükçüləri 21 kiloqramdan artıq heroin aşkar edib - FOTO
29
apr
2024
12:56
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.
Bu barədə BAKU.WS dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DSX-dan əməliyyat - Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqra...