Bakıda restoranda yanğın: 3 işçi tüstüdən zəhərləndi
28
apr
2024
16:55
Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib.
Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
“Taxta bazarı”nda yanğın söndürülüb - YENİLƏNİB - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta baza...