Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
01
apr
2024
16:10
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Xidmətdən BAKU.WS-ə verilən xəbərə görə, məhkum Elxan Silyan oğlu Hümbətovla qısamüddətli görüşə gəlmiş bibisi oğlu Arzuman Qurban oğlu Nəcəfovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Mini Bentley” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Nikosayağı” cəzasının böyük hissəsini evdə çəkə bilər
Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına...