Həbsxanaya tortun içində telefon keçirmək istədi

Həbsxanaya tortun içində telefon keçirmək istədi
Hadisə 137

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü, 317.2.1-ci, 32.3-cü və 29,317.1.1-ci maddələri ilə təqsirli bilinərək 12 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elman Ömər oğlu Kərimovla qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əlvan Ömər oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı orada olan tortun karton qabının alt hissəsində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan iki ədəd "Samsung" markalı mobil telefon aparatı, iki ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Həbsxanaya telefon keçirmək istəyərkən yaxalandı - FOTO

Həbsxanaya telefon keçirmək istəyərkən yaxalandı - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon aparatla...

172 Hadisə 10:30 03 iyun 2021

Son xəbərlər