VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəllər qanunsuz dəstə yaradaraq xuliqanlıq əməlləri ilə məşğul olan avtoritet Ceyhun Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin satışı) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və daşıma) maddələri ilə təqsirləndirilən C.Baxışova hökm oxunub.

Dövlət ittihamçısı çıxış edərək C.Baxışovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıtdıqdan sonra hökm elan edilib.

Ceyhun Baxışovun təqsirləndirildiyi 234.4.3-cü maddə 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin daşınması) maddəyə tövsif edilib.

Hökmə əsasən Ceyhun Baxışov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ceyhun Baxışov əvvəllər cinayətə meyilli şəxsləri ətrafına toplamaqla "qanunsuz araşdırmalar" aparıb. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər.

Bu ilin yanvar ayında Daxili Işlər Nazirliyinin keçirdiyi əməliyyatla Ceyhun Baxışovun üzərindən narkotik vasitə olan heroin və "Makarov" tipli tapança aşkarlanıb.

Ziya Səccad
BAKU.WS