SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi toqquşub.

“Report”un məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev, 1991-ci il təvəllüdlü Elçin Natiq oğlu Qasımov xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı həmçinin iki nəfər ölüb.

VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin toqquşması zamanı rayonun Seyid Yusifli kənd sakinləri - 1985-ci il təvəllüdlü Anar Rafiq oğlu Qocayev və 1986-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Qasımov ölüblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA