SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda avtomobildən pul kisəsinin oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib.

DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarovun BAKU.WS-ə verdiyi məlumata görə, qeyd edilən hadisə barədə polisə məlumat daxil olub.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***10:49

Sumqayıtda avtomobildən pul kisəsi oğurlanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə fevralın 27-si gecə saat 3 radələrində, şəhərin Kotec qəsəbəsi adlanan ərazisində, ev 26 ünvanında qeydə alınıb. 

Bu zaman naməlum şəxs avtomobilin ön şüşəsini qıraraq içəridə olan pul kisəsini götürüb və oradan uzaqlaşıb. Baş verənlər ərazidəki təhlükəsizlik kamerasına anbaan əks olunub.

Zərərçəkmişin sözlərinə görə, pul kisəsində 1500 manat pul olub.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verilib.

Oğurluq anının görüntülərini təqdim edirik. 

BAKU.WS
VİDEO

QALEREYA