Bakıda oteldə yanğın - FHN əraziyə cəlb olundu - FOTO/VİDEO

Bakıda oteldə yanğın - FHN əraziyə cəlb olundu - FOTO/VİDEO
Foto
Hadisə 49

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər