Şəmkirdə yaşayış evində yanğın olub - FOTO
11
fev
2024
20:42
Şəmkir rayonunun Qaracəmirli kəndində yanğın olub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, yanğın rayon sakini, 1954-cü il təvəllüdlü T.Quliyevə məxsus ümumi sahəsi 182 kvadratmetr olan evə bitişik 27 kvadratmetr qarajda 10 kvadratmetr sahədə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.
Qarajın digər sahələri, həmçinin ev yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qızıl mədənində YANĞIN: Zəhərlənənlər var - YENİLƏNİB
Gədəbəy rayonunda qızıl-mis emalı zavodunda baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənən şəxslər evə buraxılıb. BAKU.WS “report”a istinadən xəbər verir ki,...