Qusarda evdə partlayış olub - Xəsarət alan var
10
fev
2024
09:29
Qusarda evdə partlayış olub.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qusar rayonunun Hil kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Yanğın nəticəsində evin yanar konstruskiyaları və içərisində ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
"Park Qusar"da 4 nəfərin ölümünə səbəb olan yanğın bu səbəbdən baş verib - RƏSMİ - YENİLƏNİB
Qusarda istirahət mərkəzində yanğınla bağlı araşdırma aparılır. Qusar rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, yanvarın 22-si saat 4 radələrində...