Azərbaycanda TIR aşıb, yanğın olub - FOTO
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Bakı istiqmətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. Məlumata görə, sürücü yüngül xəsarət alıb.
TIR-ın Rusiyaya yanacaq (mazut) apardığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda meşədə baş vermiş yanğın söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi y...