Əməliyyat zamanı ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Əməliyyat zamanı ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Hadisə 319

Xəbər verdiyimiz kimi, ötən gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Cavadov vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, şəxs əməliyyat zamanı vəfat edib:

"Göyçay Rayon Mərkəzi Xəstəxanasının Şüa diaqnostika şöbəsində rentgen-texnik vəzifəsində çalışan Göyçay rayon sakini 1961-ci il təvəllüdlü (cinsi kişi) şəxs yanvarın 29-da həkim-travmatoloq tərəfindən sol ayağın birinci barmağının distal falanqasının xroniki osteomieliti, barmağın fleqmonası, şəkərli diabet tip 2, ağır forma, sol ayağın V barmağın qazanılma olmaması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyat zamanı ağciyər arteriyasının trombemboliyası diaqnozu ilə dünyasını dəyişib".

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

***

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Rəşid oğlu Cavadov dünən həmin tibb ocağında əməliyyat olunub.

Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa müddət sonra pisləşib və xəstə vəfat edib.

Bildirilib ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər