Tanınmış azərbaycanlı aparıcının son vəziyyəti açıqlanıb - YENİLƏNİB - FOTOlar
1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.
Pasientin vəziyyəti ağır qiymətləndirilir.
***19:59
Tanınmış yazıçı-jurnalist Həmid Herisçi qızılcaya tutulub.
BAKU.WS metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist İlhamiyyə Rza özünün sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, həyat yoldaşını xəstəxanaya aparıblar.
Xatırladaq ki, Həmid Hərisçinin 63 yaşı var.
Qalereya
Oxşar xəbərlər
Bakıda qızılcadan vəfat edən şagirdlə bağlı məktəbdən AÇIQLAMA - YENİLƏNİB
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib. BA...