Raulun qardaşı: Kamera görüntüsünə baxdım, biri qardaşımı tutur, o biri isə...
Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.
BAKU.WS xəbər verir ki, Raulun qardaşı hadisə barədə baku.tv-yə danışıb. O qatili bağışlamayacaqlarını ifadə edib.
"Kamera görüntülərinə baxdım. Pilləkənləri qalxanda Fərid qardaşım Raula çiyni ilə vurur. Raul çevrilib ona baxır, o, da qardaşıma.
Daha sonra ətraflarına çoxlu adam yığılır. Biri qardaşımı tutur, o da bıçaqla vurur. Öz ailəm adından danışıram ki, ömür boyu şikayətimizi geri çəkmərik. Özümüzə ancaq onun cəza çəkməsi ilə təsəlli tapa bilərik" deyə o qeyd edib.
Oxşar xəbərlər
Gəncədə məktəbdə qətlə yetirilən şagirdin qardaşı təfərrüatları danışdı - VİDEO
Yanvarın 23-də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin qarşısında qətlə yetirilib. Cinayəti törətməkdə ş...