Gəncədə məktəbdə qətlə yetirilən şagirdin qardaşı təfərrüatları danışdı - VİDEO

Gəncədə məktəbdə qətlə yetirilən şagirdin qardaşı təfərrüatları danışdı - VİDEO
Video
Hadisə 37

Yanvarın 23-də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin qarşısında qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Fərid Şabanov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.

BAKU.WS xəbər verir ki, mərhumun qardaşı Ramal Rəhimov hadisənin təfərrüatları barədə Baku TV-yə danışıb.

“Kamera görüntülərinə də baxmışam. Pilləkənlə yuxarı qalxanda qardaşımla rastlaşırlar, Fərid ona çiyni ilə vurur. Daha sonra ətraflarına adam yığılır. Sonra da biri qardaşımı tutur, Fərid də vurur”, – o deyib.

R.Rəhimovun sözlərinə görə, qardaşı ilə F.Şabanov arasında əvvəllər də mübahisələr olub:

“Bu barədə məktəb rəhbərliyi tərəfindən valideynlərə məlumat vermilmişdi. Uşaqlara da ciddi xəbərdarlıq edilmişdi. Artıq bir-birinə olan kini bitirmişdilər”.

Mərhumun qardaşı onu da söyləyib ki, nə özü, nə də ailəsi qarşı tərəfi bağışlamaq fikrindədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər