Bakı metrosunda sərnişin vəfat edib
24
yan
2024
15:12
“Bakı Metropoliteni” QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib.
BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb.
Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb.
İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.
Oxşar xəbərlər
Bakıda dönərdən zəhərlənən 20 şagirdin adı məlum oldu - YENİLƏNİB
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 20 şagirdinin adı məlum olub. “Report” xəbər verir...