Bakı metrosunda sərnişin huşunu itirib

Bakı metrosunda sərnişin huşunu itirib
Hadisə 75

Bakı metrosunda sərnişinin halı pisləşib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Gənc qız bir anda huşunu itirərək yerə yıxılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, gənc qızın halı pisləşib və metropoliten əməkdaşları ona yardım ediblər:

“Xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırılıb. Təcili yardım gələnə qədər polislər və metropoliten əməkdaşları sərnişinə ilkin yardım göstəriblər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər