SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunda avtomobil dirəyə çırpılıb, 12 yaşlı yeniyetmə ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Talışlı kəndi ərazisində baş verib.

Belə ki, Əhliman Əliyevə məxsus "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Nəticədə sürücünün oğlu - 2012-ci il təvəllüdlü Murad Əhliman oğlu Əliyev ağır bədən xəsarətləri alıb.

Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan yaralı FHN xilasediciləri tərəfindən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, avtomobilin sahibi Təcili Tibbi Yardım stansiyasının əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA