Bakıda iki məktəbli itkin düşüb - YENİLƏNİB
Bakıda iki yeniyetmənin itkin düşməsilə bağlı açıqlama verilib.
BAKU.WS-in məlumatına görə, 29 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 15 və 16 yanvar 2024-cü il tarixlərində 1 nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib.
Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.
Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir.
***10:29
Bakıda iki yeniyetmə itkin düşüb.
APA xəbər verir ki, 2007-ci il təvəllüdlü Amil Aqil oğlu Məmmədov yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.
Bundan başqa Sabunçu rayonu, Maştağa qəsəbəsində 2007-ci il təvəllüdlü Zahirə Elnur qızı Nəzərova yanvarın 16-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...