Sumqayıtda dəm qazından zəhərlənmə ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır

Sumqayıtda dəm qazından zəhərlənmə ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır
Hadisə 3

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər