Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb
15
yan
2024
22:36
Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.
Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qusar-Quba yolunda avtobus aşdı: Xəsarət alanların ADLARI AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Bu gün səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan “Temsa” markalı sərnişin avtobusun aşması nəticəsində xəsarət alan 19 nəfərin şəxsiyyəti məl...