Zaqatalada beşotaqlı ev yandı
Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb.
BAKU.WS xəbər verir k, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Bildirilib ki, yanğın hadisəsi axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsi 150 kvadratmetr olan kürsülü beş otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qaz balonu partlayıb: Yaşayış evi tamamilə yanıb - FOTO
Oğuzda yaşayış evində maye qaz balonu partlayıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 23.00 radələrində rayonun Qumlaq kəndində,...