SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 48 kvadratmetr olan iki otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 kvadratmetr sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS