Ermənistan ordusunda böhran, yetimlər və əlillər Qarabağa göndərilir

Ermənistan ordusunda böhran, yetimlər və əlillər Qarabağa göndərilir
Hadisə 1696

Ermənistan tərəfi cəbhəyə ata-anasız yetim uşaqları yığmağa başlayıb.

BAKU.WS-in məlumatına görə, işğal olunmuş Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı döyüşən erməni əsgərlərinin qeyri-qanuni yollarla hərbi xidmətə cəlb edildiyi məlum olub.

Belə ki, ötən gün ağır döyüşlər zamanı həlak olmuş Robert Mkrtçyan Yerevandan hərbi xidmətə çağırılıb. Ermənistan KİV-i yazır ki, əsgər ailənin tək uşağı olub. Bununla yanaşı, Robertin atası dünyasını dəyişdiyi üçün qanunla o, ailəsinin yaşadığı yerə yaxın ərazidə xidmət etməlidir. Buna baxmayaraq, erməni gənci hərbi xidmətə Ağdərəyə göndərilib. 

Ermənistan qanunvericiliyinə əsasən ailədə həddi-buluğa çatmış digər övladlar, bacı və ya qardaş yoxdursa, həmçinin ailə üzvlərindən biri dünyasını dəyişibsə, hərbi xidmətə çağırılmış şəxs yaşadığı yerdən uzaq bölgəyə hərbi xidmətə çağrıla bilməz.

Görünür Ermənistan Müdafiə Nazirliyi çarəsizlikdən yetim erməni gənclərini də ordu sıralarına cəlb etmək məcburiyyətində qalıb. Ön cəbhədə döyüşən erməni əsgərlərinin böyük bir hissəsi muzdlu döyüşçülərdir. Yəni, əsgərlər vətən sevgisi ilə deyil, məhz pul müqabilində erməni postlarında keçik çəkir. Muzdlu döyüşçülər Ermənistana vətən kimi deyil, gəlir mənbəyi kimi baxırlar. Hərbiyə çağrılan əsgərlər arasında çox sayda yetim, türmə həyatı keçmiş şəxslər, narkotik aludəçiləri və əlil şəxslər də var. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Moskvadan sifariş gəldi: Ermənistan ordusunda təmizləmə

Moskvadan sifariş gəldi: Ermənistan ordusunda təmizləmə

Ermənistan ordusunun hərbçiləri kütləvi şəkildə qovulur. BAKU.WS-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri həyəcanla yazırlar. Ermənistanın hökumətin...

1638 Hadisə 17:00 17 sentyabr 2015

Son xəbərlər