BDU-nun professoru vəfat etdi - FOTO

BDU-nun professoru vəfat etdi - FOTO
Hadisə 17

Bakıda professor vəfat edib.

BAKU.WS xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Azər İnşalla oğlu Əhmədov 29 aprel 1964-cü ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri Fizika kafedrasının aspirantı olub.

1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri Fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.

BDU-nun professoru vəfat etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BDU-nun professoru vəfat edib - FOTO

BDU-nun professoru vəfat edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Zeynəddin Hacıyev vəfat edib. Bu barədə BAKU.WS-ə BD...

0 Hadisə 17:33 08 avqust 2023

Son xəbərlər