Yevlaxda taksi yaşlı kişini vuraraq öldürüb
24
dek
2023
22:40
Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb.
Kənd sakini, 1937-ci il təvəllüdlü Mamayev Barı Alo oğlunu "VAZ-21011" markalı avtomobil vurub.
Ağır xəsarətlər alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.
Qeyd edək ki, avtomobil taksi olaraq fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...