Azərbaycanlı biznesmenə SİLAHLI HÜCUM: başından güllələndi
21
dek
2023
17:55
ABŞ-da azərbaycanlı biznesmen güllələnərək öldürülüb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb.
Azərbaycanlı biznesmen Kənan Əliyev öz avtomobilində silahlı hücuma məruz qalıb. Biznesmen başından güllələnərək qətlə yetirilib.
Kənan Əliyevin nəşi Azərbaycana gətirilərək Bakıda dəfn edilib.
Qeyd edək ki, K.Əliyevin anası Kəmalə Əliyeva da bu ilin aprelində ABŞ-da faciəli şəkildə ölmüşdü.
Belə ki, ABŞ-a oğlunun yanına qonaq gedən Kəmalə Əliyeva Niaqara şəlaləsinə gedərkən yol qəzasında həlak olub.
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...